Giriş
Integrify API inteqrasiyalarını rahatlaşdıran sorğular kitabaxanasıdır.
Əsas özəlliklər¶
- Kitabxana həm sync, həm də async sorğu dəyişimini dəstəkləyir.
- Kitabaxanadakı bütün sinif və funksiyalar tamamilə dokumentləşdirilib.
- Kitabaxanadakı bütün sinif və funksiyalar tipləndirildiyindən, "type hinting" aktivdir.
- Sorğuların çoxunun məntiq axını (flowsu) izah edilib.
Dokumentasiya: https://integrify.mmzeynalli.dev
Kod: https://github.com/mmzeynalli/integrify
Kitabxananın yüklənməsi¶
$ pip install integrify
---> 100%
İstifadəsi¶
Məsələn, EPoint üçün sorğuları istifadə etmək istərsək:
Sync¶
from integrify.epoint import EPointRequest
resp = EPointRequest.pay(amount=100, currency='AZN', order_id='12345678', description='Ödəniş')
print(resp.ok, resp.body)
Async¶
from integrify.epoint.asyncio import EPointRequest
# Async main loop artıq başlamışdır
resp = await EPointRequest.pay(amount=100, currency='AZN', order_id='12345678', description='Ödəniş')
print(resp.ok, resp.body)
Sorğu cavabı¶
Yuxarıdakı sorğuların (və ya istənilən sorğunun) cavab formatı ApiResponse
class-ıdır:
class ApiResponse:
ok: bool
"""Cavab sorğusunun statusu 400dən kiçikdirsə"""
status_code: int
"""Cavab sorğusunun status kodu"""
headers: dict
"""Cavab sorğusunun header-i"""
body: Dəyişkən
"""Cavab sorğusunun body-si"""
Dəstəklənən API inteqrasiyaları¶
Servis | Əsas sorğular | Bütün sorğular | Dokumentləşdirilmə | Link |
---|---|---|---|---|
EPoint | Tam | Docs |